AZƏRBAYCAN MİLLİ                ELMLƏR AKADEMİYASI ElmTV İNTERNET TELEVİZİYASI

Azərbaycanın ilk elmi internet televiziyası (elmtv.az) 14 mart 2014-cü ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda sektor olaraq formalaşdırılaraq fəaliyyətə başlayıb. Həmin tarixdə İnstitutun Elmi Şuranın qərarına əsasən yeni yaradılan sektorun müdiri science.az portalının əməkdaşı Xatirə Cabbarzadə təyin olunub. Çəkiliş qrupunun ərsəyə gətirdiyi AMEA-nın fəaliyyətini əks etdirən materiallar beynəlxalq təcrübəyə əsaslanan AzsienceNet elm kompüter şəbəkəsinin DATA Mərkəzində qorunub saxlanılır. İnstitutun texnoloji dəstəyi ilə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatına və AMEA-nın əsas binasına şəbəkə üzərindən yayımlanma imkanı əldə olunub.

AMEA Rəyasət Heyəti aparatının 3 mart 2016-cı il tarixli qərarı ilə  Elm TV İnternet televiziyası İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində fəaliyyətini davam etdirib. 

AMEA Rəyasət Heyəti Mərkəzi aparatı, eləcə də institutut və təşkilatlarda keçirilən tədbirləri lentə almaqla yanaşı, əksəriyyəti gənclərdən ibarət olan kollektivin  ərsəyə gətirdiyi sənədli filmlər  həm də mütəmadi olaraq ölkənin televiziya kanallarında yayımlanır.

 

FƏALİYYƏTİMİZ
LİNKLƏR
  • Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı şəhəri, B.Vahabzadə küç. 9
  • Telefon: (+994 55) 840 68 48
  • E-mail: elmtvresmi@gmail.com